Azərbaycan milli komandası ilk medalını qazandı - Cüdo üzrə dünya çempionatında

img

22-09-2018 [18:41]


Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib. 

Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR