"Azəriqaz"da ştat artdı, komitə sədri abonentlərə xəbərdarlıq etdi: "Sayğaclarınızı qoruyun"

img

22-09-2018 [17:35]


"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev SOCAR-a rəhbərlik etdiyi qurumda "Ştat vahidlərinin çoxalması və dərəcələrin artırılması " barədə məktub ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, Əkbər Hacıyev məktubuna əsasən, "Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin ştat vahidi 25-dən 40-a, BRQSD-də (Baki Regional Qaz Satışı Departamenti) fəaliyyət göstərən eyni şöbə 20 ştat vahidindən 30 ştat vahidinə və 8 regional qaz istismarı idarəsinin eyni adlı şöbələrinin hər birinə isə 3 ştat vahidi artırılıb:

"Qeyd olunan şöbə "Azəriqaz" İB baş direktor müavini Ruslan Əliyevin nəzarətindədir və əsasən də abonentlərə cərimə tətbiqi ilə məşğuldurlar. Və əksərən bu cərimələrin qeyri-qanuni olduğu bir çox məhkəmə prosesində öz təsdiqini tapıb".

Mirvari Qəhrəmanlı sonda abonentlərə yarızarafat-yarıgerçək xəbərdarlıq etməyi də unutmayıb: "Sayğaclarınızdan muğayat olun! Gəlirlər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı