Yardımlıda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub

img

22-09-2018 [17:11]


Yardımlı rayonunun Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidədə qazıntı işlərinin aparıldığı aşkarlanıb.

Bu barədə Mia.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidədə qanunsuz olaraq qazıntı işləri aparılıb.

Abidə mühafizəçisinin əraziyə gəldiyini görən naməlum şəxslər ərazidən uzaqlaşıblar. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq