İranda hərbi paradda terror, 24 nəfər öldü, yaralananlar var + VİDEO

img

22-09-2018 [14:58]


Mia.az xarici mətbuata istinadən bildirir ki, İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 24-ə çatıb, 51 nəfər yaralanıb, 4 terrorçu zərərsizləşdirilib.

***

Xuzestan vilayəti qubernatorunun müavini Əli Hüseyn Hüseynzadənin sözlərinə görə, insident nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun 10 əsgəri ölüb, 21 nəfər yaralanıb.

Hüseynzadə hadisə zamanı bir jurnalistin də həlak olduğunu deyib.

"İSNA” agentliyi ümumən 60 nəfərin zərər gördüyünü və ölənlərin sayının 24 nəfərə çatdığını xəbər verib. Həlak olanlardan biri 4 yaşlı uşaqdır.

****

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki görə, hərbi geyimli naməlum şəxslər hərbi konvoyu atəşə tutublar.

Xuzestan vilayəti qubernatorunun müavini Əli Hüseyn Hüseynzadənin sözlərinə görə, insident nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun 10 əsgər və bir jurnalist ölüb, 21 nəfər yaralanıb.

Terrorçulardan ikisinin öldürülüb, daha ikisinin də axtarışı gedir.

00:07
00:11



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq