Şriftin ölçüsü / 109 dəfə oxunub

Tramp Departamentin Rusiya üzrə baş müşavirini Ermənistana səfir göndərir

21 Sentyabr 2018 [22:13]
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ermənistanda səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Ağ Evin mətbuat xidmətinə istinadən yayılan məlumata görə, Treysi hazırda Dövlət Departamentinin Rusiya üzrə baş müşaviri vəzifəsində çalışır. O, həmçinin ABŞ səfirinin Moskva, Aşqabad və Astana üzrə müavinidir. 

Treysinin namizədliyinə ABŞ Senatında baxılacaq.



SON XƏBƏRLƏR