Şriftin ölçüsü / 139 dəfə oxunub

“Biz dalana dirənmişik..." - Britaniyanın Baş naziri

21 Sentyabr 2018 [19:10]
Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonla Brüssel arasında Brexit üzrə danışıqların dalana dirəndiyini bildirib.

TASS informasiya agentliyixəbər verir ki, Tereza Mey bu barədə fikrini sentyabrın 21-də Britaniya televiziyasında çıxışı zamanı səsləndirib.

"Biz dalana dirənmişik. Danışıqların hazırkı mərhələsində təfərrüatlı izahat və qarşılıqlı təklif vermədən əks tərəfin mövqeyini rədd etmək yolverilməzdir”, - deyə o, vurğulayıb.

"Biz indi Avropa İttifaqının maneələrin nədən ibarət olduğu və alternativ imkanları barədə suallara cavabını eşitmək istəyirik. Bu, baş verməyincə, hər hansı irəliləyişə nail ola bilmərik”, - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, Britaniya və Avropa İttifaqı tərəflərin maraqları gözlənilməklə, Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni oktyabrın sonunadək həll etməlidir. Buraya Avropa İttifaqından çıxmaq haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını müəyyənləşdirmək daxildir/Azərtac.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını formal olaraq 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında ötən ilin yayından başlayan danışıqlarda isə hələlik ciddi irəliləyiş əldə olunmayıb.


SON XƏBƏRLƏR