ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Rauf Agayevin 60 illik yubileyinə həsr olunmuş tədbir: jurnalistə mükafat verildi - mia.az
Şriftin ölçüsü / 380 dəfə oxunub

Rauf Agayevin 60 illik yubileyinə həsr olunmuş tədbir: jurnalistə mükafat verildi

21 Sentyabr 2018 [15:37]
Bu gün Azərbaycan Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist-publisist Rauf Agayevin 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə İTV baş direktorunun müşaviri Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, millət vəkili Aqil Abbas, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Taleh Şahsuvarlı, "Azərişıq" QSC-nin mətbuat katibi Tanrıverdi Mustafayev, "Azərsu" QSC-nin mətbuat katibi Anar Cəbrayıllı, tanınmış jurnalist İlqar Həsənov, baş redaktorlar, R.Ağayevin tələbə yoldaşları və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə M.Ələsgərli açıb və Mətbuat Şurası adından təbrikləri çatdırıb.

 Daha sonra danışan Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə R.Ağayevin artıq "ahıl yaşa" qədəm qoyduğunu vurğulayıb və tədbirin sonunda onu Mərkəzin üzvlüyünə təntənəli surətdə qəbul edəcəklərini deyib.

M.Süleymanzadə AJM adından R.Ağayeva qızıl qələm də hədiyyə edib və bildirib ki, bu, son vaxtlar hamıya verilən "Qızıl qələm" deyil, əsl qızıl qələmdir və qələmi qızıl olanlara verilir.

R.Ağayevin müəllimi, jurnalistikanın ağsaqqallarından olan Cahangir Məmmədli R.Ağayevin təhsil aldığı illərdən, onların xüsusi fəallığı ilə seçilən qrupundan danışıb.

Yubilyarın tələbə yoldaşı İlqar Həsənov isə paralel oxuduqları və çalışdıqları illərdə başlarına gələn baməzə hadisələrin nəqli ilə tədbirə xüsusi ovqat qatıb.

Digər iştirakçılar da çıxış edərək, yubilyarın həyat yolundan, fəaliyyətindən və Azərbaycan jurnalistikasında tutduğu mövqedən bəhs ediblər.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR