Şriftin ölçüsü / 107 dəfə oxunub

Pakistanın keçmiş baş naziri girov qarşılığında azadlığa buraxıldı - 4 min dollarla

19 Sentyabr 2018 [17:57]
 Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 500 min rupi (4 min dollar) girov qarşılığında azadlığa buraxılıb.

"Anadolu” agentliyi xəbər verir ki, girovu onun qızı Məryəm və kürəkəni Məhəmməd Səfdər ödəyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. Ötən il oktyabrın 19-da Pakistan məhkəməsi N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı korrupsiya ittihamı irəli sürüb.

2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.

Bu ilin iyulunda N.Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib. O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib/Report.


SON XƏBƏRLƏR