Ərdoğanla Putinin razılaşdığı 10 maddəlik İdlib planı - Detallar

img

19-09-2018 [16:57]


Türkiyə və Rusiya arasında imzalanan İdlib razılaşmasının mətni açıqlanıb.

Türkiyə mediası xəbər verir ki, Ərdoğan və Putin arasındakı razılaşmadan sonra, Müdafiə Nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında 10 maddəlik sənəd imzalanıb. 

Həmin maddələr aşağıdakılardır:

- İdlibdə təhlükəsizlik zonaları qorunacaq. Türkiyə tərəfi müşahidə nöqtələrini gücləndirəcək.

- Rusiya İdlibdə hərbi əməliyyatlar və hücumların azaldılması üçün tədbirlər görəcək və mövcud status qorunacaq.

- Neytral zona yaradılacaq və uzunluğu 15-20 km təşkil edəcək.

- Neytral zonanın sərhədlərini birgə işçi qrupun müəyyən edəcək.

- Bütün ektremist və terrorçu qruplaşmalar 15 oktyabradək bölgədən çıxarılacaq.

- Hər iki tərəfə aid bütün tanklar, ağır texnika və toplar 10 oktyabra qədər neytral ərazidən çəkiləcək.

- Neytral zonaya nəzarət türk və rus əsgərləri tərəfindən həyata keçiriləcək. Müşahidələr pilotsuz təyyarə ilə də gerçəkləşəcək.

- M4 – M5 avtomobil yolu ilin sonuna qədər bərpa olunaqcaq.

- İdlibdə atəşkəsin bərqərar olması üçün qabaqlayıcı tədbirlər görüləcək. İran, Türkiyə və Rusiyanın birgə koordinasiya mərkəzi yaradılacaq.

- Hər iki tərəf Suriyada terrora qarşı mübarizədə birgə hərəkət edəcək.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR