"Qarabağla bağlı çox uzun danışıqlar aparmışam və..." - Koçaryandan açıqlamalar

img

19-09-2018 [16:07]


"Siyasətə yenidən qayıdacağam".

Bunu "Kommersant” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

"Siyasi proseslərə cəlb olunmağım partiya, hərəkat, hansısa partiyada aktiv fəaliyyət və digər formada ola bilər. Hələlik dəqiq heç nə müəyyən edilməyib. Məncə, Ermənistanda nələrin baş verdiyini heç kim anlamır”, – deyə o bildirib.

Köçəryan müsahibəsi zamanı Serj Sərkisyan hökumətini də tənqid edib. O, Paşinyanın Sərkisyan hökumətini yıxması üçün təşkil etdiyi mitinqləri möhtəşəm adlandırmaqdan da çəkinməyib:

"İnsanlar keçmiş hökumətdən yorulmuşdular. Əks təqdirdə belə kütləvi hərəkatlar olmazdı. Hakimiyyətə populizmlə gəlmək olar. Belə situasiyalarda hakimiyyətə yüngül gəlmək asandır, amma ondan əl çəkmək çətindir. Dörd ay göstərdi ki, hələlik bütün istiqamətlərdə problemlərin yığılması baş verir. Bu mənim siyasətə qayıtmağımın səbəblərindən biridir”.

O, Paşinyan hökumətinin heç bir iqtisadi proqramının olmadığını, geosiyasi prioritetlərini müəyyən etmədiyini deyib:

"Kifayət qədər parlaq lider var, amma onun ağılsız şəkildə populizmə cəhdi ciddi narahatlığa səbəb olur. Mənə bu, Uqo Çaves stilində olan Latın Amerikası populizmini xatırladır. Əgər analogiyalar aparsaq, oxşarlığı görəcəyik. Paşinyan çox sürətlə yanan meteoritə və ya kometə bənzəyir”.

Eks-prezident hökuməti Qarabağ danışıqlarının dayandırılmasına görə də tənqid edib:

"Mən Qarabağla bağlı çox uzun danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən yaxşıdır. Məsələ hansısa şüarlar səsləndirməkdə deyil. Məsələ incə diplomatiyadadır. Bu məsələ mitinq müzakirələri üçün predmet deyil”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR