Həmkarlar İttifaqı Konfederasiyası "Holcim Azərbaycan"ı ilin şirkəti seçdi - Açıqlama + FOTO

img

19-09-2018 [13:49]


İş yerində zədələnmə, xəsarət alması ilə nəticələnən halların  60-65%-i tikinti sahəsində baş verir. Bu problem AHİK –nı narahat edir və bu sahəni ciddi nəzarətdə saxlamaga çalışır. Bu halların qarşısının alınması üçün bir çox proqramlar həyata keçirilir ki, bunlardan biri də tikinti şirkətləri arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması” üzrə müsabiqənin təşkil edilməsi olub.  

Belə ki, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması üzrə ilin ən yaxşı müəssisəsini təltif edib.

"Holcim Azərbaycan" şirkətindən Mia.az-a verilən məlumata görə, il ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti  izləmiş və qiymətləndirilib: "Müsabiqənin qalibi "Holcim Azərbaycan" şirkəti olmuşdur".

Şikətin HİK-nin sədri Mübariz Məmmədov bildirdi ki, "İşçilərin sağlamlığı bizim üçün prioritet məsələdir və bu sahədə heç bir güzəştə yol verilmir. Bu nailiyyət şirkətinin əməkdaşlarının  ƏMTT üzrə  peşakar olduqlarını bir daha sübut etdirir. Əməkdaşlar arasında təbliğat işi aparmaq və onların biliklərini artırmaq, beynəlxaq normalara əməl etmək  bizim əsas işimizdir”. 

"Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir. Bu naliyyətlər onu qöstərir ki, təhlüksiz fəaliyyət artıq bizim mədəniyytimizin bir hissəidir və gündəlik yaşam tərzidir. Amma bu nailiyyətlər bizi arxayın etməməlidir və biz hər gün işə başlamazdan öncə risklərin qiymətləndirilməsini aparmalı və yarana biləcək hadisələrin qarşısını almalıyıq. Bunu başa düşərək mütəmadi olaraq işçilərə  gündəlik və aylıq təlimlər və monitorinqlər keçirilir və onlar praktik məşğələlərdə iştirak edirlər”, - deyə, şirkətin Baş direktoru Frederic Guimbal bildirdi. 

Xatırladaq ki, "Holcim Azərbaycan" 90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən "LafargeHolcim" Qrupun üzvüdür. "LafargeHolcim" dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR