Şriftin ölçüsü / 307 dəfə oxunub

Xatirə şəhid ailəsinə söz verdi - “Müşviq bulağı” tikdirəcək

19 Sentyabr 2018 [11:19]

Ötən müğənni Xatirə İslam Yaşıl Teatrda solo konsert verib. Müğənni 3 saatdan artıq müddətdə tamaşaçı qarşısına çıxaraq ifalarını səsləndirib.

Müğənni musiqili gecəsini şəhid Müşviq Orucovun doğum gününə həsr edib.Bundan əlavə, gecədə sənətçi təqdirəlayiq bir addım ataraq şəhid ailəsini səhnəyə dəvət edib.

Xatirə İslam konsertdən gələn gəlirlə Müşviq Orucovun adına böyük bir bulaq tikdirəcəyini elan edib.

"Komandamla belə bir qərara gəldik ki, biz konsertimizdə toplanan qonorarla Müşviq bulağı tikdirək. Eşitdiyimə görə bu sizin arzunuz olub. Bu bizim hədiyyəmizdir”- deyə sənətçi qeyd edib.

Şəhidin anası Aygün Orucova isə ailəsi adından müğənniyə təşəkkür edib/qafqazinfo.




SON XƏBƏRLƏR