"...barədə xəbər məni dərindən sarsıtdı" - Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib

img

19-09-2018 [11:06]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir: "Suriyda vurulmuş "İl-20" təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR