19-09-2018 [10:02]
Bəşər sivilizasiyası yarandığı gündən onun özünüqoruma instinkti dövlətçilik institunun formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. Sahib olduğu mənəvi və maddi dəyərləri qorumaq, yad təsirlərdən, təcavüzün istənilən forma və təzahürünü dəf etməkdən keçirdi və hər bir xalq bu ali məqsədi təmin etmək üçün çətin anlarda silaha əl atırdı. Təsadüfi deyil ki, vətənini əldə silah qorumaq antik Yunan və Roma cəmiyyətlərində vətəndaşın birbaşa vəzifəsi, müqəddəs borcu idi. Hətta "hərbi xidmət senzi” tətbiq edilir, bir şəxsin vətəndaş sayıla bilməsi, seçkili orqanlarda iştirakı və yüksək dövlət orqanlarına təyinat ala bilməsi üçün birbaşa bu senz tətbiq olunurdu.
Çox qədim tarixə, olduqca köklü hərbi ənənələrə sahib olan türk xalqları da qüdrətli qonşularla əhatə olunmuş sərt geosiyasi mühitdə məhz "ordu-millət” prinsipi ilə ayaqda qalmağı bacarmışdılar. Türk ənənələrində, yəni törədə hakim olan görüş ondan ibarət idi ki, hər bir kişi əsgərdir və təhlükə anında səfərbər olaraq düşmənə qarşı çıxmalıdır. Türk hərbi demokratiyasına görə bütün əli silah tutan kişilər xalqın taleyində əhəmiyyət daşıyan qərarların qəbul olunmasında birbaşa səsvermə ilə iştirak etməli, rəy bildirməli və heç şübhəsiz döyüşməliydi. Ən naqis sifətlər isə fəralilik, qorxalqlıq və satqınlıq sayılırdı.
Müasir dövrümüzə nəzər yetirsək, bu gün, xalqımızın ən köklü hərbi ənənələri əsasında modern Azərbaycan ordusu yaradılır, onun zəruri insrastrukturu formalaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində olduqca mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bütün bu fəaliyyətin qayəsi ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək, xalqımızın təhlükəsiz və sülh şəraitində yaşamasını təmin etməkdir. Hal-hazırda bu sahədəki fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən misli görünməmiş vüsət almış, ordumuz dünya silahlı qüvvələri arasında ən üst sıralarda layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan genişlənir, həm daxili istehsal, həm xaricdən alınan silah sistemləri sayəsində ordumuzun arsenalı daha da qüdrətli məzmun kəsb edir.
Lakin, bütün dövrlərdə ən qiymətli silah həmin ölkənin vətənpərvər gəncliyi, cəmiyyətin orduya ləyaqətli münasibətidir. Ona görə də, ordunun komplektləşdirilməsi məqsədilə silahlı qüvvələrə çağırışa münasibət hər bir cəmiyyətdə məhz dövlətçiliyə olan münasibət kimi özünü biruzə verir.
Ölkədə hökm sürən yüksək hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan gənci orduya sevərək gedir, vətənə xidmətdən qürur duyur. Belə gənclərdən biri də ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələr sıralarına qatılan, cənab Prezident İlham Əliyevin övladı Heydər Əliyevdir. Onun hərbi xidmətə yollanması hər bir gəncimiz üçün şəxsi nümunə, ruh yüksəkliyi, bötövlükdə cəmiyyətimiz üçün müsbət bir vətəndaşlıq və vətənpərvərlik mesajıdır. Azərbaycan hüquqi dövlətdir və əslində belə hadisə normal düçüncə sahibi olan insanlarda nə təəccüb, nə də hansısa bir müzakirə predmeti olmamalıdır.
Belə bir sual yaranır. İlk baxışda fərqli kimi görünən bu iki şəxsi nə birləşdirir? Məqsədləri nədir? Paşinyan-"bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? Cavab sadədir. Bu cütlüyün düşüncə və fəaliyyətində məqsədyönlü və maraqlı bir sinxronluq var. Hər ikisinin niyyəti eynidir – Azərbaycan cəmiyyətini səfərbər edən, ona dinamik impuls qazandıran istənilən ictimai hadisəni ləkələmək, kölgə salmaq, ardıcıl yalan və böhtanla ictimaiyyəti çaşdırmağa yönələn cəhdlər göstərmək. Necə dəyərlər, məqsəd və üsul birliyi ahəngdarlıq yaradıb. Eyni maliyyə mənbələrindən qidalanmaları da öz yerində, amma fərqli motivlər də var. Belə ki, Paşinyan Yerevanın beş ulduzlu otellərində kef çəkib Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda hərbi xidmətdəymiş kimi göstərdiyi oğlunu erməni ictimaiyyətinə qəhrəman kimi təqdim edib, ucuz şou yaratmaq istəyir. Özünə erməni, əzabkeş müxalifətçi və s. saxta sənədlər düzəldib ölkədən qaçan dezertirlər, yəni, tarixin zibilliyinə atılmış "Paşinyanın bacısı uşaqları” isə öz bədnam əməllərini belə hay-küy altında unutdurmaq istəyirlər.
Bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev bir dəfə öz xatirələrindən belə bir əhvalat danışdı: "İşə tələsərkən Zərifə xanım ona tələsməməsini, onu gözləyənlərin onsuz da tabeçiliyində olan işçilər olduğunu qeyd edir. Ulu Öndər isə cavabında "Mən onlara nəzarət edirəmsə, mənə də bütün Azərbaycan xalqı nəzarət edir” - deyir. Təkcə bu qısa dialoqun özü Əliyevlər ailəsində olan xalq qarşısında məsuliyyət hissini, daxili nizam-intizamı ən bariz şəkildə açıqlayır. Bu baxımdan Prezident İlham Əliyevin övladı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki, doğulduğu gündən hərbi xidmətə gedənə qədər Heydər Əliyevin bütün həyatı daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. O, isə ailəsinin və cəmiyyətin ona olan inam və etimadını doğrultmuş, Azərbaycanın ictimai və ailə dəyərlərini daim yüksək tutmuşdur.
Sonda, cəmiyyətin ümumi əhval-ruhiyyəsini və əminliyini ifadə etmək istərdim ki, daxili və xarici dairələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün mövcud çətinlikləri arxada qoyacaq, Qarabağ uğrunda səfərbər olub öz tarixi torpaqlarını erməni işğalından xilas edəcək və qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb