19-09-2018 [09:17]
Azərbaycan Respublikasının Gənclər Fondu sentyabrın 18-də Bakı şəhərində fəaliyyət göstərən gənclər təşkilatları ilə görüş keçirib.
Bakı Konqres Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanları əsasında təsdiq olunmuş Gənclər Fondunun Nizamnaməsi ilə gənclər təşkilatlarına təklif edilən imkanlar barədə geniş təqdimat keçirilib. Bu sırada Fond tərəfindən gənclər təşkilatlarının layihələrinin qrant müsabiqələri və müsabiqədən kənar maliyyələşdirilməsi, gənclər təşkilatlarının və gənclər evlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müraciətlərinin, gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi və digər imkanlar barədə gənclər təşkilatlarına ətraflı məlumat təqdim olunub.
Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.
Tədbirin gedişində, həmçinin Gənclər Fondu tərəfindən elan edilmiş 11-ci qrant müsabiqəsi barədə müzakirələr aparıllb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün "A”, "B” və "C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə təklifləri 23 sentyabr 2018-ci il tarixinədək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunacaq.
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR