Şriftin ölçüsü / 160 dəfə oxunub

Netanyahu Putinə zəng etdi, Əsəd rejimini günahlandırdı - Vurulan rus təyyarəsi ilə bağlı gərginlik

18 Sentyabr 2018 [23:43]
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada "İl-20” təyyarəsinin vurulmasından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

"RİA Novosti” xəbər verir ki, Netanyahu Rusiya hərbçilərinin həlak olması ilə bağlı təəssüfləndiyini deyərək, təyyarənin vurulmasına görə Suriyanın məsuliyyət daşıdığını bildirib. Baş nazir əlavə edib ki, İsrail hadisənin araşdırılması üçün Rusiyaya zəruri informasiyanı təqdim etməyə hazırdır.

Netanyahu Putinə İsrail hərbi hava qüvvələrinin başçısını Moskvaya göndərməyi təklif edib.

Xatırladaq ki, Rusiyanın "İl-20” təyyarəsi İsrailin dörd "F-16” qırıcısının Latakiyə vilayətində hücumu zamanı radarlardan itib. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, İsrail təyyarəçiləri Rusiya təyyarəsindən sipər kimi istifadə edərək, onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. Nəticədə 15 rus hərbçisi həlak olub.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, "İl-20”nin vurulmasının və heyət üzvlərinin həlak olmasının bütün məsuliyyəti İsrail tərəfinin üzərinə düşür. O deyib ki, bu addım cavabsız qalmayacaq/Azərtac.


SON XƏBƏRLƏR