"Barselona" 10 nəfərlə PSV-ni uddu, "İnter" isə "Tottenhem"ə 7 dəqiqəyə 2 qol atdı - Çempionlar Liqası

img

18-09-2018 [23:07]


Bu gün Çempionlar Liqasında qrup mərhələsində "Barselona" 10 nəfərlə Hollandiyanın PSV komandasını darmadağın edib.

Mia.az xəbər verir ki, "Barselona" PSV-yə 4-0 hesabı ilə qalib gəlib.

Qollardan 3-nü 32, 77 və 87-ci dəqiqələrdə Lionel Messi, digərini 75-ci dəqiqədə Usman Dembele vurub. Kataloniya komandası 79-cu dəqiqədə Samüel Yumtitinin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Qrupun digər oyununda "İnter" İtaliyada İngiltərə "Tottenhem"i üzərində əzmkar qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Kristian Eriksen açsa da, 86-cı dəqiqədə Mauro İkardi, 90+2-ci dəqiqədə isə Matias Vesino fərqlənib - 2:1.


Digər xəbərlər
SON XƏBƏRLƏR