Donald Tramp Çini hədələdi: "Sürətli və sarsıdıcı cavab verəcəyik”

img

18-09-2018 [19:53]


"Çin fermerlərə, biznesmenlərə yönəlik məqsədyönlü fəaliyyətlər yolu ilə ölkədə keçirilən seçkilərə təsir göstərməyə çalışır".

Bunu ABŞ prezidenti Donald Tramp "Twitter"dəki rəsmi səhifəsində bildirib.

"Çin bizim fermerlərin, ranço sahiblərinin, sanayedə çalışanlarımızın mənə sadiq olduqlarına görə fəaliyyətini əngəlləmək vasitəsilə bizdəki seçkilərə təsir edərək dəyişdirməyə hər vəchlə səy göstərdiyini açıq şəkildə vurğulayıb. Çin bu insanların nə qədər böyük vətənpərvər olduğunu və Çinin uzun illərdir Birləşmiş Ştatlardan ticarətdə yararlandığını yaxşı başa düşdüklərini dərk etmir. Mən buna son qoymağın yolunu bilirəm. Biz Çinə iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”, - o, yazıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR