warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 710 dəfə oxunub

Putin "İsraili bizim təyyarəni vurmayıb" dedi və hədələdi: "Bunu hamı hiss edəcək"

18 Sentyabr 2018 [18:38]
Rusiya prezidenti Vladimir Putin "İl-20" təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş "Su-24"lə müqayisə edilməməsinə çağırıb.

"RİA Novosti" xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb", - V.Putin deyib.

Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın "İl-20" təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb/Report.


SON XƏBƏRLƏR