Putin Ermənistana niyə gəlir? - Erməni mediasından sensasiyalı iddia

img

18-09-2018 [14:00]


Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfərində keçmiş prezidentlər – Serj Sərkisyan və Robert Köçəryanla görüşəcək.

Bu barədə Ermənistanda nəşr olunan "Jamank” qəzeti məlumat yayıb.

Qəzet yazır:

"Baş nazir Nikol Paşinyan sentyabrın 8-də Moskvaya səfər etdi və Vladimir Putinlə görüşərək onu Ermənistana səfərə dəvət etdi. Putinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin Ermənistana gələcəyini açıqlasa da, səfərin tarix müəyyən deyil.

Səfərin hansı tarixdə baş tutacağı məlum olmasa da, Putin Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanla görüşmək niyyətindədir. Bu isə səfərin əsl məqsədini ortaya qoyur. Əgər Putin Köçəryanla görüşmək üçün İrəvana gəlirsə bu, Rusiya-Ermənistan münasibətlərində yeni dönəmin başlanğıcı ola bilər”.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR