Təhsil Nazirliyi dərslik çatışmazlığı ilə bağlı şikayətlərə cavab verdi

img

18-09-2018 [11:46]


Yeni dərs ilinin başlanması ilə əlaqədar bəzi məktəblərdə problemlər ortaya çıxıb. Belə ki, bəzi valideynlər dərsliklərin olmamasından şikayətçidirilər.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab verib.

Bildirilib ki, bütün ümumtəhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb.

"Dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KİV və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud onların qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərslikləri əldə etmələri barədə müraciətlər edilib. Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunar”.

Həmçinin o da vurğulanıb ki, bu cür hal baş verdikdə dərhal Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etmək lazımdır.

"Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon, şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərsliklər hesabına həll edə bilmədikdə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir. Yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR