Nazir və mədəniyyət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər

img

18-09-2018 [11:12]


18 sentyabrMilli Musiqi Günü münasibəti ilə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Mərasimə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Vaqif Əliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqaları qatılıblar.

Nazir bildirib ki, 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin fərmanı ilə sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur.

Ə.Qarayevin sözlərinə görə, Üzeyir Hacibəylinin Azərbaycan tarixində özünəməxsus yeri mövcuddur: "Bu yer yalnız musiqi ilə bağlı olmamalıdır. O, eyni zamanda cəmiyyətin inkişafında, təhsil sistemində sözünü demiş bir insandır. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunduğu silsilə tədbirlərdə Üzeyir Hacıbəylinin adı dəfələrlə səslənərək hörmətlə anılıb. Üzeyir Hacıbəylinin Azərbaycan mətbuatının inkişafında da öz yeri olub. Bu günlərdə 100 illiyini qeyd etdiyimiz "Azərbaycan" qəzetinin ilk redaktoru Üzeyir Hacıbəyli olub. Xalqımız var olduğu müddətdə klassik müsiqimizin banisinin də adı daim yaşayacaq".

Ə.Qarayev, əlavə edib ki, bu gün Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı öz işinə başlıyacaq: "Bir həftə davam edəcək festivalda dünyanın müxtəlif ölkələrindən tanınmış müsiqiçilər çıxışlar edəcək".

Nazir sentyabrın 18-nin həmcinin SSRİ xalq artisti Müslüm Moqamayevin doğum günü olduğunu diqqətə çatdırıb və incəsənət xadimləri ilə birgə böyük sənətkarın məzarını ziyarət edib.

Ə.Qarayev, mədəniyyət və incəsənət xadimləri daha sonra ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Eyni zamanda xalq artistləri Rəşid Behbudovun, Fikrət Əmirovun, Bülbül və Qara Qarayevin məzarları ziyarət olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR