Baş nazirdən daha bir qərar - Bu qaydalara dəyişiklik edildi

img

18-09-2018 [11:07]


"Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydalarına dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, qaydalara əlavə edilir: "Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar "Elektron hökumət” portalı vasitəsilə "Lisenziyalar və icazələr” portalına ötürülür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR