"Müstəqiliyimizə dönük çıxan qüvvələrə qarşı var güclə mübarizə aparmalıyıq" - ADP-də toplantı

img

17-09-2018 [19:43]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

 Toplantı iştirakçıları ilk növbədə Bakının və ətraf rayonların bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradla bağlı məsələyə münasibət bildirib. 

Qeyd edilib ki, 100 il bundan əvvəl tərkibinə Azərbaycanın milli qüvvələrinin də daxil olduğu, böyük türk sərkərdəsi Nuru Paşanın başında durduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-erməni işğalından azad edilməsi Azərbaycanın istiqlala gedən yolunun açılmasında, torpaqlarımızın düşmən işğalından xilas olmasında, Türkiyə-Azərbaycan qardaşlığının əbədi və dönməz olmasında böyük rol oynayan tarixi bir hadisə olmuş və keçirilən bu hərbi parad hazırkı dövrdə təcavüzkar Ermənistana, onun himayədarlarına Türkiyə-Azərbaycan birliyinin örnəyi kimi dəyərləndirilməlidir. Partiya yetkililəri Türkiyə-Azərbaycan birliyini əks etdirən bu cür tədbirlərin təkcə yüz illiklərə aid tədbirlərdə deyil, hər zaman, hər iki ölkənin ayrı-ayrı yerlərində, daha geniş, daha ardıcıl şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar "beşinci kolon”un daşıyıcısına çevrilmiş şəxslərin nəyin bahasına olursa-olsun Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq cəhdlərini qətiyyətlə pisləyib. 

Partiya rəsmiləri Azərbaycanın Rusiya tərəfindən işğal və ilhaq edilməsindən keçən 200 yüz il ərzində millətimizin hansı məşəqqətlərə düçar olmasını diqqətə çəkərək bu cür rusbaşlı, antimilli qüvvələri bu zaman kəsiyində vətənimizin o tay, bu taya bölünmsini, millətimizin rus-bolşevik müstəmləkəsinin əsarətinə düçar olmasını, tarixi ərazilərimizdən xalqımızın sürgün edilərək yerinə soyu, yurdu bəlli olmayan erməni köçünü gətirməsini, milli mənəvi dəyərlərmizin, dini etiqadımızın aşağılanmasını, maddi sərvətlərimizin amansızcasına talan edilməsini, 37-ci ilin ağır represiya illərini,  qanlı 20 yanvar faciəsini, 20-ci əsrin ən dəhşətli Xocalı faciəsini, bir milyondan artıq yurddaşımızın qaçqın və didərgin halına salınmasını, Dağlıq Qarabağın və ətraf rayonların təcavüzkar Ermənistan dövlətinin işğalında aparıcı rol oynayan rus siyasətinin acı nəticələrini unutmamağa çağırıb və xalqımızı müstəqiliyimizə, suverenliyimizə dönük çıxan bu qüvvələrə qarşı var gücü ilə mübarizə aparmağa səsləyib.

İdarə Heyəti 15 sentyabr yeni dərs ilinin başlaması ilə əlaqədar çoxsaylı müəllim kollektivini, yeni tədrisə başlayan şagirdlərimizi təbrik edib, onların cəmiyyətimizin gələcək inkişafında  müstəsna rolunu diqqətə çatdırıb. 

Eyni zamanda son vaxtlar ali təhsil ocaqlarında təhsil haqqlarının misli görünməmiş şəkildə artırılmasından narahat olduğunu bildirən partiya rəsmiləri, hakimiyyəti xalqın təhsil alma hüququnun məhdudlaşdırılmasına, onları təhsil haqqına görə sosial gərginliklərlə üz-üzə qoyması siyasətindən əl çəkməyə, xüsusi tipli təhsil ocaqlarını çıxmaqla digər təhsil məktəblərində təhsil haqqını azaltmağa, aztəminatlı ailələrin uşaqlarının pulsuz təhsil almasına münbit şərait yaratmağa çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR