Şriftin ölçüsü / 312 dəfə oxunub

İTV-də daha bir istefa - Departament direktoru vəzifəsindən ayrıldı

16 Sentyabr 2018 [13:47]

İctimai Televiziyada kadr dəyişiklikləri davam edir.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxması ilə bağlı rəhbərliyə müraciət edib.

Telekanal rəhbərliyi Ə.Vəliyevin ərizəsini qəbul edib.

Qeyd edək ki, Ələsgər Vəliyev 2000-2001-ci illərdə "7 gün", 2002-2005-cü illərdə "Həftə içi" qəzetlərində, 2005-2006-cı illərdə İctimai radionun İnformasiya Departamentində redaktor, 2006-2011-cı illərdə İctimai Televiziyanın İnformasiya Departamentində böyük redaktor vəzifələrində çalışıb.

2012-2016-cı illərdə həmin departamentdə şərhçi vəzifəsində işləyib. 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən isə o, İTV-də departament rəhbəri idi.



SON XƏBƏRLƏR