3 otaqlı evdə yanğın baş verdi

img

16-09-2018 [10:14]


Masallıda yanğın baş verib.

MİA.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının taxtadan ibarət pəncərə çərçivəsi 5 m² sahədə, aynabəndinin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR