Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqının yeni tərkibi seçildi - Vüqar Şıxməmmədova etimad göstərildi

img

15-09-2018 [16:44]


Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, iclasda mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev çıxış edərək gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonra səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin 9 nəfərdən ibarət tərkibi seçilib.

Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Bundan sonra komitənin tərkibi – sədr, sədr müavini və üzvləri təsdiq edilib.

Nazirliyin Həmkarlar İttifaqının Təftiş komissiyasının tərkibi təsdiq edilib, Lalə Fərəcova komissiyanın sədri seçilib.

İclasda çıxış edən Vüqar Şixəmmədov ona göstərilən etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, bundan sonra da həmkarlar ittifaqı olaraq əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının daha səmərəli təşkili üçün çalışacaqlar.

Sonda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev həmkarlar ittifaqının işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: "Həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsi bizim üçün olduqca vacibdir. İnanıram ki, yeni seçilmiş tərkiblə yeni məsələlər, yeni ideyalar gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması, əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün daha da artırılması istiqamətində önəmli işlər görüləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR