Sizcə, İİV-lə yaşayan uşaqlarla gələcəyimizi görə bilirikmi?

img

22-08-2018 [21:16]


İİV virusu ilə uşaqları və yeniyetmələri təsəvvür etmək çətindir. Bir anlıq fikirləşək ki, hələ danışmagı və yeriməyi yeni öyrənən bir körpəyə ömrünün sonuna qədər içməyə məcbur olacagı dərmanları (siroplar) verirlər.  Bəzən valideynlərin psixoloji tarazlıgını saxlamaq  həkimlərə daha vacibdir, çünki uşagının saglamlıgı əslində onun əlindədi: valideyn "sınarsa”, uşaq əldən gedər. 

Hadìsələrìn çoxunda uşaqlar yoluxmuş analarından doğuşdan əvvəl və sonra, doğuş zamanı, nadìr hallarda ana südü vasìtəsìlə HÌV-ə yoluxurlar.  Amma  UNAİDS-in məlumatına görə, uşaqların 10%-ì testdən keçməmìş qanın köçürülməsì yaxud qeyrì-sterìl tìbbì alətlər vasìtəsìlə yoluxurlar. Yenìyetmələr ìnyeksìya narkotìklərì ìstìfadəsì və seksual zorakılıq və kommersìya ìstìsmarı da daxìl olmaqla cìnsì yolla yoluxurlar. 

Yenì doğulmuş və südəmər körpələrdə klìnìkì dìaqnoz qoymaq çox çətìndìr, çünkì ìnfeksìyanın əlamətlərì aydın ìfadə olunmur, belə kì, öz təzahürlərìnə görə bəzì uşaq xəstəlìklərì ìlə üst-üstə düşür. Bundan başqa, HÌV-ə testìn nətìcəsì yalnız uşaq 15-18 aya çatdıqdan sonra doğru sayılır. 
HÌV-ə yoluxmuş uşaqlar boy atmaqda gecìkìr, çəkì ìtìrìr və ìnkìşafdan gerì qalırlar, onlar adì xəstəlìklərì daha kəskìn formada keçìrə bìlər, xüsusìlə, ìshal, tìtrətmə, qulaq və dərì ìnfeksìyaları ìlə daha tez-tez və uzun müddət xəstələnə bìlərlər. 

Uşaqlar sepsìs, menìngìt və abseslər kìmì həyat üçün təhlükəlì cìddì bakterìal ìnfeksìyalardan daha çox əzab çəkìrlər. Doğularkən yoluxmuş uşaqların yarısından çoxunda AÌDS böyüklərə nìsbətən daha tez ìnkìşaf edìr. Ìnkìşaf etməkdə olan ölkələrdə bu uşaqların üçdə ìkìsì 5 yaşa qədər vəfat edìrlər.  
Planetimizin 1/3 hissəsini təşkil edən 10-24 yaşlı gənclər HİV/AİDS epidemiyasının mərkəzindədir. Hər gün 24 yaşadək 6 000 gənc və 15 yaşadək 2 000 uşaq HİV–ə yoluxur. 
18 yaşadək uşaqlar dünyada 40 milyon HİV/AİDS-lə yaşayan insanların 12%-ni təşkil edir. 
Hər gün 1 600 uşaq AİDS-dən ölür.  
Bü günə qədər 14 milyona yaxın uşaq AİDS-dən  bir, və yaxud hər iki valideynlərini itirərək yetim qalmışdır. Hər 14 saniyə bir uşaq yetim qalır. 
15 yaşadək uşaqların HİV-ə yoluxma hadisələrinin 90%-dən çoxu HİV- infeksiyasının anadan uşağa ötürülməsi nəticəsində baş verir.  Bir sıra bioloji, ictimai, iqtisadi amillərə görə gənclər yoluxma qarşısında daha acizdirlər. Bu amillərə erkən cinsi həyata başlama və nəticədə, cinsi yolla keçən infeksiyalara (CYKİ) yoluxma  riski, arzuolunmaz hamiləlik, narkomaniya, seksual istismarı aid etmək olar. Bundan əlavə gender münasibətlərində ikiqat standartlar, gənclərin cinsi tərbiyəsi və seksual sağlamlığı problemlərinə cəmiyyətin qeyri-adekvat münasibəti, təhlükəsiz davranış bacarığı və məlumatın əldə edilmə imkanının olmaması da, buraya daxil edilə bilər. HİV/AİDS-lə yaşayan gənclər böyüklərdən fərqli olaraq ayrı-seçkilik, insan hüquqlarının pozulması kimi böyük çətinliklərlə üzləşirlər.  
Gənclərin HİV/AİDS üzrə profilaktik kampaniyalara cəlb edilməsi onların məlumat və təhsil əldə etmək imkanlarını, eləcə də öz sağlamlıqlarına görə məsuliyyətlərini gücləndirir. Təlim keçmiş gənclər HİV/AİDS-ə dair məlumatı öz taylarına daha inandırıcı və mobil surətdə çatdırmaq iqtidarındadırlar, belə ki, gənclər sağlamlığa dair özünəməxsus anlayışa malikdirlər. Gənclərin təhlükəsiz davranışı qəbul etmək və əməl etmək kimi qərarlarına təsir edən əsas fizioloji və mühiti amillərin müəyyən edilməsinə, onlar özləri daha çox kömək edə bilərlər. 
Lakin gənclərin cinsi təhsil, o cümlədən HİV/AİDS üzrə təlim keçməsi yaşlı nəsil arasında mübahisələr yaradır. Böyüklərin bir çoxu belə hesab edir ki, cinsi tərbiyə gənclərin erkən cinsi aktivliyini dəstəkləyir və hətta bu istiqamətdə stimul rolu oynayır. 
Buna baxmayaraq bir çox dəlillər sübut edir ki, gənclər cinsi həyata böyüklərin düşündüklərindən də tez başlayırlar. Aparılan bir sıra tədqiqatların gedişində cinsi tərbiyənin erkən cinsi həyata səbəb olmaması, əksinə gənclərin məsuliyyətini artırmasını sübut edən tutarlı dəlillər əldə edilmişdir. Cinsi təlim keçən gənclər adətən erkən cinsi əlaqələrə girmir və yaxud da təhlükəsizlik normalarına riayət edirlər.  
AİDS-ə qarşı profilaktik tədbirlərdə gənclərin iştirakı üçün ən vacib şərt onların töhvəsinə ciddi yanaşmaqdır. Yalnız gənclər yaşlı əhalini öz problemlərinə qulaq asmağa vadar edən yollar tapmaq bacarığına malikdirlər. Onların iştirakı elə bir prosesdir ki, burada gənclər və böyüklər ümumi məsuliyyəti bölüşdürür, lakin müxtəlif vəzifələri icra edirlər. 
Böyüklər tərəfindən idarə olunan layihələrin müsbət cəhətləri ondan ibarətdir ki, onlar idarəetmə və maliyyələşdirmə sahələrində təcrübəyə malikdirlər. Həmçinin böyüklərin daha çox peşəkar səriştələri var. Gənclərin isə həyata keçirdikləri layihələrin müsbət cəhətləri ondadır ki, gənclər peşəkar və hədəf qrupları arasında əlaqə yaradırlar. Onlar gənclərin yığışdıqları yerlərə gedə və onlara aydın olan dildə ünsiyyət yarada bilərlər. Bu cür əməkdaşlıq insan hüquqlarını qoruyan və gənclərin potensial imkanlarını inkişaf etdirən ictimai mühitin yaranmasına xidmət edir. 
Məlumat və təhsildən başqa, gənclərin tibbi xidmətlərdən də istifadə etmək imkanı olmalıdır. Bu xidmətlər HİV/AİDS, CYKİ və reproduktiv sağlamlıq üzrə profilaktik vasitələrin (prezervativlərin), könüllü məsləhətləşmə və testin əldə edilməsini əhatə etməlidir. 
Təəssüflər olsun ki, bir çox tibbi müəssisələr, gənclərin utancaqlığı, vaxt və maliyyə çatışmazlığı üzündən onlara çox da uyğun gəlmir. Nəticədə gənclər belə xidmətlərə yalnız fövqəladə hallarda və ya çox gec müraciət edirlər. Tibbi xidmətlər gənclərin tələbatlarına uyğunlaşdırılmalı və aşağıdakıları təmin etməlidir:

- gənclərin fiziki, iqtisadi, sosial tələbatlarına, yaş və ehtiyaclarına uyğunluq;
- müəssisələrin gənclər üçün rahat yerlərdə yerləşdirilməsi;
- müəssisələrin gənclər üçün rahat vaxtlarda fəaliyyət göstərməsi;
- istifadə edilən dilin aydınlığı, yəni dil texniki və tibbi olmamalıdır;
- məxfilik və xeyirxahlıq.

...Bizim tanış oldugumuz uşaqlardan biri 9 yaşındadı. İİV diaqnozu olan ən kiçik yaşlı deyə  bilmirik ona, çünki, anadan İİV-lə dogulan südəmərlər var hazırda qeydiyyatda. Və yaxud 10 aylıgında İİV diaqnozu təsdiqlənən körpələrimiz var. Amma onlardan fərqli olaraq, 9 yaşlı Kənan (ad şərtidir) xəstəliyinin adını bilir, içdiyi dərmanların əhəmiyyətini anlayır. Bilir ki, bu dərmanlar ömürlükdü, içməsə, xəstələnər: "Mənə dedilər ki, anadan dogulanda bu xəstəlik mənə keçib. Nə xəstəikdi, bilmirəm, amma dərmanları içməliyəm. Hərdən bezirəm, ya yadımdan çıxır”. 
13 yaşlı Sərxanda (ad şərtidir) İİV-lə yanaşı, hepatit C də təsdiqlənib. Amma Sərxan bu iki virusa anadan yoluxmayıb. Deyir ki, dostlarla birlikdə bir qadının yanına gediblər əylənməyə: "Evdə mənə məktəbdə yemək üçün pul verirdilər, onları həftəlik yıgırdım, o biri uşaqlar da mənim kimi yıgırdılar, sonra gedirdik o qadının yanına”. Rayonlardan birində yaşayan Sərxanın nə vaxt yoluxdugu məlum deyil, valideynləri onu vəziyyəti birdən-birə pisləşdiyi üçün xəstəxanaları gəzdiriblər. Müalicəsi heç bir fayda vermədiyindən, Bakıya gətirilib. Diaqnoz ona burada qoyulub. İndi əvvəlcə hepatit C-dən müalicə alır. Sonra klinik protokola uygun olaraq İİV-dən müalicəyə başlayacaq. 
15 yaşlı Gülxar (ad şərtidir) bir müddət əvvəl evdən qaçıb, rəfiqəsiylə yaşayıb. Evdəkilər onu çox axtarıblar. Tapılandan sonra və dönmək istəməyib. Ümumiyyətlə, psixoloqlar  Gülxarın "çətin uşaq” oldugunu söyləyir. Valideynlərin təpkisi ilə evə dönən yeniyetmə az sonra evdən qaçmaga cəhd edib, damarlarını dograyaraq, evdəkiləri təşvişə salıb. Bu dəfə psixoloqlar daha dərin araşdırma aparıblar: Gülxarın yeniyetmə ikən rəfiqələriylə birlikdə müxtəlif  əyləncə yerlərində tanımadıgı şəxslərlə dostluq etdiyi, əyləndiyi ortaya çıxıb. Valideynlərə məsləhət görülüb ki, təhlükəli davranışların nəticəsi yaxşı olmaz, yeniyetmə mütləq müayinələrdən keçməlidir. Müayinələrin cavabı isə valideynlər üçün "çətin yeniyetmə” sindromundan daha agır olub: Gülxarda İİV aşkarlanıb: "Mən heç bilmirdim bu, nədir. Anam agladı, məni evə gətirdilər. Dedilər, həkimlər yalan deyir, səndə heç nə yoxdu”. 
Valideynlərin təpkisini də başa düşmək olardı: çünki evdə heç kimdə virus aşkar edilməmişdi. Aydın məsələ idi ki, yeniyetmə cinsi yolla yoluxmüşdu. Amma valideyn üçün bunu qəbul etmək asan deyildi. 
Ata-ananın "İİV dissident”liyi uzun sürməyib: vaxtında müalicə almayan Gülxarın vəziyyəti agırlaşaraq xəstəxanaya düşüb, həkimlər vərəm diaqnozu qoyublar:  "Vərəmdən sagalandan sonra o biri xəstəliyə qarşı dərmanlar içəcəm”. Gülxarı həkimlərdən gizlədən valideynlər bununla da onun vaxtında İİV-dən müalicəyə başlamasına əngəl olublar. Adətən, İİV-in müalicəsi vaxtında başlamasa, vərəm, pnevmoniya, xərçəng və digər xəstəliklər orqanizmə hücum çəkir. İndi Gülxar vərəm müalicəsini başa vurub ARV-yə başlamalıdır. Qarşıda onu uzun həyat yolu gözləyir.

Həmişə deyirik: uşaqlar bizim gələcəyimizdir. Bəs sizcə, İİV-lə yaşayan uşaqlarla gələcəyimizi görə bilirikmi?

Orxan Əzizov 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR