Şriftin ölçüsü / 345 dəfə oxunub

Bakıda 11 məktəbə yeni direktor təyin olundu - 18 derektorla müqavilə ləğv olunub

14 Sentyabr 2018 [17:20]

Bakıda 11 məktəbə yeni direktor təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

"Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.




SON XƏBƏRLƏR