14-09-2018 [15:39]
Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.
"Vergilər” qəzetinin bu haqda yazdığı məqalədə bildirilir ki, artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.
Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri «zərərli məhsullara vergi tətbiqi» siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.
Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada «şəkər vergisi» tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.
İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur.
...Paytaxtımızda fəaliyyət göstərən «Doktor Davud» Tibb Mərkəzinin direktoru Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var: «Əksər televiziyaların «qanadlandırıcı» kimi reklam etdiyi «XL», «Pitbull», «Rox», «Red Bull», «Hell», «Jaquar», «Blue», «Reo Line», «Monster» və s. kimi içkilər, əslində, vətəndaşlarımızın, xüsusilə gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Biz, gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından «borc» götürür, borcu isə əvvəl-axır qaytarmalısan.
Enerjiverici içkilərin «qanadlandırması» ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bütün bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə ...».
Araşdırmalara görə, təkcə 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16.000-dən çox olub. Bu rəqəmlərlə tanış olduqda hər birimizdə haqlı suallar yaranır: həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün bu da bəzi istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?
Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: «Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək, görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcək fəsadlar haqqında geniş danışılır. Yəni, bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidirlər. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar. Çünki bizdə bu içki adi su yerinə içilir. Bunun da əsas səbəbi onun qiymətinin ucuzluğu və fəsadları haqqında vətəndaşlarımızın məlumatsız olmasıdır».
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: «Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməyi çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər...».
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)