“Türk şəhidliyi abidəsi saat 17:00-dan açıq olacaq” - Generaldan xəbərdarlıq

img

14-09-2018 [13:29]


Bakının işğaldan azad olunmasının 100 illik yubileyi ilə əlaqədar sabah paytaxtda mühüm dövlət tədbirləri keçiriləcək.

Bakı şəhər baş polis idarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov "Qafqazinfo”ya açıqlamasında ictimaiyyətə xəbərdarlıq edib.

General bildirib ki, sentyabrın 15-də yubiley tədbirləri ilə əlaqədar Şəhidlər Xiyabanında Türk şəhidliyi abidəsi səhər saatlarından 17:00-a qədər bağlı olacaq:

"Əhalinin diqqətinə çatdırırıq ki, sözügedən abidəni ziyarət etmək istəyənlər yalnız bu saatdan sonra həmin əraziyə buraxılacaq. O vaxta qədər isə Türk şəhidliyi abidəsində mühüm dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub”.



Digər xəbərlər
SON XƏBƏRLƏR