Nazirlər Kabinetindən "Qaçqınkom"la bağlı QƏRAR

img

13-09-2018 [23:43]


Nazirlər Kabineti 2011-ci il 5 iyul tarixli qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Mia.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR