Dələduzluğa görə axtarışda olan şəxs tutuldu

img

11-09-2018 [14:48]


Bakıda dələduzluq maddəsilə axtarışda olan şəxs tutulub.

DİN-dən Mia.az-a verilən məlumata görə, Sabunçu RPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş "İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülmüşdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR