Dağlıq Qarabağ mövzusu internet mediada - Dörd aylıq monitorinq yekunlaşdı

img

11-09-2018 [00:35]


"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "İnternet media resurslarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə həyata keçirir. Layihə çərçivəsində müəyyən olunmuş internet media resursları üzərində 4 aylıq monitorinqlər artıq yekunlaşıb.

Monitorinqlərin nəticələri emal olunur və sentyabr ayının sonunda dərc olunacaq. Birliyin sədri Asəf Quliyevin Mia.az-a verdiyi məlumata görə, monitorinqlərin ilkin nəticələri və görülmüş digər işlərlə bağlı 14 sentyabr tarixdə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçiriləcək. Dəyirmi masada ekspertlər və media təmsilçiləri iştirak edəcək.

Birlik sədri onu da bildirib ki, aparılan monitorinqlər nəticəsində beynəlxalq auditoriyaya çıxarılması üçün nəzərdə tutulan və iri büdcə ilə icra olunan bəzi layihələrdə qeydə alınan yanlışlıqlar barədə də dəyirmi masada məlumat veriləcək. Bundan başqa, dəyirmi masada Asəf Quliyevin Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının dağıdılmasının detalları ilə bağlı əldə etdiyi materiallar əsasında hazırlanmaqda olan filmi barədə də məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR