Elmar Məmmədyarov səfiri qəbul etdi

img

10-09-2018 [20:59]


Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov qonağı səfir təyin olunması münasibətilə təbrik edib.

M.Ekert etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibətlərinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycanla Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR