Gəncənin icra bazçısı Elmar Vəliyevin konfrasdan sonra səhhəti qəfildən pisləzib - Yenilənib

img

12-02-2013 [08:53]


Gəncənin icra başçısı Elmar Vəliyev bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya qaldırılıb. Bu xəbəri mia.az-a verən məlumatlı şəxsin iddiasına görə, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: ?Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi ilə Elmar Vəliyev özünə gəlib. Amma ayılandan sonra da onun səhhəti qaydasında deyildi. Yaxınlarının köməyi ilə zaldan çıxarıldı. Ola bilər ki, oradan Gəncəyə deyil, xəstəxanaya aparıldı?. Elmar Vəliyevin hansı xəstəxanaya və nədən qaldırıldığını dəqiqləşdirə bilməsək də, onun Prezident Administrasiyasının tabeliyində olan Mərkəzi Kliniki Xəstəxanaya aparılması ilə yanaşı, prezidentin sərt xəbərdarlığından təsirləndiyi də istisna olunmur. Hadisə ilə bağlı gəlişmələri izləməyə cəhd edəcəyik. Məsələyə rəsmi münasibət öyrənmək də mümkün olmayıb. Son məlumata görə, Elmar Vəliyev səhhətindəki problemə rəğmən, Gəncəyə dönüb. O, son anda Bakıda xəstəxanada yatmaqdan imtina edib. Yeri gəlmişkən, qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurları sərt tənqid edib. İlham Əliyev çıxışında məmurlara sərt xəbərdarlıq edib: "Özləri üçün təmtəraqlı toylar, yubileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o bilir mən kimi nəzərdə tuturam. İcra hakimlərinin övladları xalqı təhqir edirlər, kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin etmişəm, mən də çıxaracağam, lazım bildikdə. Əgər bilsəm ki, kiminsə ailə üzvü, haradasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq?. *** Bu gun ?Bizimyolinfo.com? saytı mia.az-a istinadən E.Vəliyevin yıxılmasının səbəbləri ilə bağlı maraqlı məlumat yayıb. Saytın xəbərinə görə, prezident tədbirdə Elmar Vəliyevi ayağa qaldıraraq sərt şəkildə tənqid edib, sahibkarların hüquqlarını tapdalamqda, ayrılan vəsaitləri düzgün istifadə etməməkdə suçlayıb. Dövlət başçısı Elmar Vəliyevə sonuncu dəfə xəbərdarlıq etdiyini, işində dönüş yaratmasa, vəzifəsindən azad olunacağını, barəsində tədbir görüləcəyini vurğulayıb. Başqa bir mənbədən aldığımız məlumata görə Elmar Vəliyev bazar günü paytaxt restoranlarının birində oğluna dəbdəbəli toy mərasimi düzənləyib. Paytaxtın ən məşhur saraylarından birində baş tutan mərasimə ölkənin şou-biznes nümayəndələri, rəqs qrupları qatılıb, ən bahalı menyular sifariş olunub. Xəbərdə Elmar Vəliyevi hədəfə çevirən səbəblərdən birinin dəbdəbəli toy mərasimi olduğu bildirilir. Xatırladaq ki, prezidentin rəsmi mətbuatda yayılan çıxışında da məmurların bahalı toy, yubiley mərasimləri təşkil etməsi sərt tənqid olunub. Etibarlı qaynaq iki həftə əvvəl icra başçısı ilə konfliktə görə işdən çıxarılan Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevin də E.Vəliyev haqqında Prezident Administrasiyasına dosye ötürdüyünü qeyd edib. Həmin sənədlərdə icra başçısının şəhərdə abadlıq işləri aparkən əhalinin kütləvi narazılığına səbəb olan hərəkətləri əks olunub. Mənbənin məlumatına görə İlham Əliyevin sərt iradlarını dinləyərkən icra başçısı huşunu itirib, onu dərhal xəstəxanaya aparıblar. *** "Bizimyol" bundan sonra "incə" məqamı diqqətdən qaçırıb. Mia.az hadisədən sonra E.Vəliyevin xəstəxanada yatmaqdan imtina edərək Gəncəyə döndüyünü qeyd edib. *** Fevralın 13-də isə Modern.az-a Gəncə rayon İcra Hakimiyyəti Başçısının köməkşısinə istinadən xəbəri təkzib etməyə çalışıb. Köməkçi deyib ki, Elmar Vəliyevin səhhətinin pisləşməsi və xəstəxanaya aparılması ilə bağlı mətbuatda gedən məlumatlar şayiədir: ?Mətbuatda yayılan xəbərlər Elmar müəllimi gözdən salmaq məqsədi daşıyır. İcra başçısı bu gün işə çıxıb və hazırda ərazidədir?. *** Bu gün həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuatda barəsində yayılan informasiyalara münasibət bildirib. O, APA-ya açıqlamasında bildirib ki, konfransda səhhətinin pisləşməsi barədə bəzi mətbuat vasitələrində yayılan informasiyalar həqiqəti əks etmir: ?Barəmdə yayılan məlumatlar doğru deyil. Bir balaca qripəm, hamı qrip ola bilər. Lakin səhhətimdə hər hansı ciddi problem yaranmayıb, mən müalicə üçün harasa müraciət etməmişəm. Mənim üçün ora təcilli yardım da çağırılmayıb. Hazırda iş başındayam və işləyirəm. Dövlətimizə, xalqımıza, millətimizə xidmət eləyirik. Xidmətimiz də göz qabağındadır. Kim narahatdırsa, ancaq özü üçün narahat olsun?. Lakin bizi məlumatlandıran məlumatlı şəxs təkrar bildirib ki, belə bir hadisə baş verib: ?Elmar Vəliyev yıxıldı. Həkimlərin müdaxiləsindən sonra özünə gəldi. Ola bilər ki, o, əlavə söz-söhbətlərin çıxmaması üçün xəstəxanada qalmayıb, Gəncəyə döndü. İndi qripəm deyir. Amma düz danışmır. Onun köməkçisinin dedikləri də yalan idi...?.

Digər xəbərlər
SON XƏBƏRLƏR