Vəkillər Kollegiyası biabırçı hala görə məhkəməyə verildi

img

04-08-2012 [06:55]


Azər Tağıyevin rəhbərlik etdiyi Vəkillər Kollegiyası məhkəməyə verilib. Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasını məhkəməyə verən hüquqşünas Sahib Məmmədovdur: ?Vəkillər Kollegiyasının Rəyasət Heyəti onu kollegiya üzvlüyünə qəbul etməkdən imtina edib. Baxmayaraq ki, Sahib Məmmədov həm testdən, həm də müsabiqədən uğurla çıxıb. Lakin o, tərcümeyi-halını yazarkən bir ?mən? sözünü işlətməyib. Yəni o, tərcümeyi-halını yazarkən ənənəvi ?Mən Filankəsov filankəs? kimi başlamayıb. Kollegiyanın Rəyasət Heyəti də bunu ciddi qanun pozuntusu sayaraq, onu Vəkillər Kollegiyasına qəbul etməkdən imtina edib?. Məlumata görə, Sahib Məmmədov da kollegiyanın bu gülməli qərarı ilə barışmaq niyyətində deyil. O, Vəkillər Kollegiyasına qarşı iddia qaldıraraq, Rəyasət Heyətinin qərarının ləğv edilməsi və zərərin əvəzinin ödənilməsini tələb edib. Amma birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Məlumatda deyilir ki, Sahib Məmmədov bu qərardan apellyasiya şikayəti verib və hazırda onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə baxılır: ?Hakim Sahib Məmmədovun Vəkillər Kollegiyasına qarşı şikayəti üzrə avqustun 2-ə nəzərdə tutulmuş prosesi avqustun 24-ə təxirə salıb?. Məsələ ilə bağlı tərəflərdən mövqe öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR