"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək - Avropa Liqası

img

08-09-2018 [10:57]


Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib. 

"Report" əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

Qeyd edək ki, UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək. 

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR