ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide qhtfilm.az saytı yaradılıb - QHT-lərin hazırladığı filmlərin vahid bazada toplanması üçün + Açıqlama - mia.az
Şriftin ölçüsü / 303 dəfə oxunub

qhtfilm.az saytı yaradılıb - QHT-lərin hazırladığı filmlərin vahid bazada toplanması üçün + Açıqlama

06 Sentyabr 2018 [21:14]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin həyata keçirdiyi "QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində qhtfilm.az saytı hazırlanıb.

Mia.az bildirir ki, bu barədə "Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. 

O qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğinə xidmət edir: 

"Hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu videomateriallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilir. Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.

Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud videomaterialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadənin vacibliyini bildirib. 

Diqqətə çatdırıb ki, filmlər, həmçinin layihə çərçivəsində yaradılan "Youtube” və "Facebook” səhifələrinə da daxil edilir və sosial şəbəkələr vasitəsilə filmlərin canlı yayımı həyata keçirilir.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR