Şriftin ölçüsü / 501 dəfə oxunub

İTV-də yeni kadr dəyişiklikləri oldu - TƏYİNATLAR

06 Sentyabr 2018 [17:45]

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələrə yeni təyinatlar olub.

Telekanalın  İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 4 sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.

Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub:

"Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu baş direktorun müavini, Osmanova Günel Aslan qızı Kadrlar və xüsusi işlər departamentinin direktoru, Şükürova Könül Arif qızı Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu İdman departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

"Aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə xidmət edir”.



SON XƏBƏRLƏR