Neymar "Barselona"ya gəldi - Pikeni təəccübləndirdi

img

05-09-2018 [11:49]


PSJ-nin futbolçusu Neymar ötən həftə Barselonaya gedib.

Neymar sabiq klubunun - "Barselona"nın bazasına da baş çəkib. O, bazada keçmiş komanda yoldaşları ilə görüşüb.

Braziliyalı futbolçu daha sonra "PokerStars European Poker Tour Barcelona” poker turnirinə qatılıb. O, burda müsahibə verib və İngiltərə Premyer Liqası ilə bağlı proqnozunu bildirib:

"Hesab edirəm ki, Premyer Liqada "Mançester Siti” çempion olacaq. "Mançester Yunayted” 2-ci yeri tutacaq. Sonrakı yerlərdə isə "Çelsi” və "Tottenhem” qərarlaşacaq”.

Neymarın "Liverpul”u top-4-dən kənarda saxlaması onunla yanaşı, dayanan Jerar Pikeni təəccübləndirib. Ancaq Neymar fikrini dəyişməyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub