Şriftin ölçüsü / 117 dəfə oxunub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib - SİYAHI

04 Sentyabr 2018 [21:31]
Ağdamın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan təmsilçisi 5 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.

Siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradır.

İştirak ərizəsinə yeni transfer Araz Abdullayev də daxil edilib.

Qapıçılar:

1. Hannes Tur Halldorsson 12. Şahruddin Məhəmmədəliyev 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov

Müdafiəçilər:

2. Qara Qarayev, 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov,

Yarımmüdafiəçilər:

6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Hücumçu:

7. İnnosent Emeqara

Qeyd edək ki, "Qarabağ" ilk oyununu sentyabrın 20-də Portuqaliyada "Sportinq"ə qarşı keçirəcək. E qrupunda İngiltərənin "Arsenal" və Ukraynanın "Vorskla" klubları da yer alıb/Report.


SON XƏBƏRLƏR