Qanunsuz ov etmək istəyənlər tutuldu

img

04-09-2018 [15:10]


Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ov tüfəngi və 15 güllə götürülüb.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələnib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR