Rusiya İdlibi vurur, Türkiyə sərhədə hərbi texnika yeridir

img

04-09-2018 [13:56]


Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib şəhərinə hava hücumu həyata keçiriblər.

Bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası məlumat yayıb. Suriyada müxaliflərin son qalası olan İdlibdə 4 milyona yaxın mülki əhali yaşayır.

İdlibdə baş verəcək hər hansı qarşıdurmanın Türkiyə və Avropaya böyük köç axınına səbəb olacağı deyilir.Artıq Türkiyə Silahlı Qüvvələri sərhəd xəttində təhlükəsizlik tədbirlərini gücləndirib. "Hurriyet”in yazdığına görə, köç axınının qarşısını almaq üçün Türkiyə sərhədə M-60 tankları yerləşdirib(qafqazinfo).

Qeyd edək ki, İdlib məsələsi sentyabrın 7-də Tehranda baş tutacaq İran-Rusiya-Türkiyə zirvəsində müzakirə olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR