Hava hücumundan müdafiə qoşunları təlimdə - FOTO

img

03-09-2018 [15:56]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məşğələlər zamanı S-300 "Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR