Şriftin ölçüsü / 88 dəfə oxunub

“Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsi yekunlaşdı

03 Sentyabr 2018 [15:53]
"Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi ""Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsi çərçivəsində "Açıq hökumət islahatlarına media dəstəyi” mövzusunda dəyirmi masa keçirilib.

Mia.az xəbər verir ki, tədbiri "Güzəran” Sosial Araşdırmalar İB-nin sədri Qadir İbrahimli açaraq layihə barədə qısa məlumat verdi. Sonra Açıq Hökumət Plotformasının eksperti Zaur İbrahimli geniş məruzə etdi. Məruzəçi Açıq Hökumət Plotforması çərçivəsində atılan addımların mediada işıqlandırılması ilə durumu və problemləri barədə ətraflı məlumat verib.

Müzakirələrdə ekspertlər Azər Mehtiyev, Əhməd Abbasbəyli, Mirəli Hüseynov, Rəhilə Mehdiyeva, Aytən Məmmədova və başqaları çıxış edərək Açıq Hökumət Plotforması ilə bağlı təklif və iradlarını bildiriblər.

İB sədri Qadir İbrahimli səslənən təliflərin ümumiləşdirilərək yekun hesabata daxil ediləcəyini və aidiyyatı dövlət qurumlarına göndəriləcəyini bildirdi. Bununla da "Açıq hökumət” islahatlarının KİV-də təşviqi” layihəsinə yekun vurulub.




SON XƏBƏRLƏR