Şriftin ölçüsü / 152 dəfə oxunub

Avqustda mətbuatda ən çox hansı qurumların adı hallanıb? - Monitorinq + SİYAHI

03 Sentyabr 2018 [12:40]
MC&S-in media monitorinq qrupu 01-31 avqust 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Mia.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik. Beləliklə:

Mobil operatorlar:

Azercell 982 

Bakcell 743 

Nar Mobile 691

Banklar:

ABB 694

Kapital Bank 657

Paşa Bank 515

Accessbank 406

Unibank 394

Hotellər

Landmark 83

Qafqaz 60

Hilton 49

JW Marriott Absheron 41

Boulevard Hotel Baku 37

Universitetlər:

BDU 701

ATU 593

ADA 475

UNEC 472

DIA 230

Sığorta şirkətləri

Atəşgah 136

PAŞA 79

PAŞA Həyat 66

Qala 65

Atəşgah həyat 54

Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır.


SON XƏBƏRLƏR