ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Türkiyənin fındıq ixracı və Azərbaycanın qeyri-neft ixracatı - mia.az
Şriftin ölçüsü / 650 dəfə oxunub

Türkiyənin fındıq ixracı və Azərbaycanın qeyri-neft ixracatı

03 Sentyabr 2018 [10:54]

Rəsmi hesabatlara baxıram. Qeyri-neft ixracının artım dinamikasını ifadə edən yaxşı "piroqlar” tərtib edilib. Dinamikanın ümidverici mesajlarla zəngin olması haqqında optimist qeydlər yer alır. Düşünə bilərsiniz ki, neft sektorunda ciddi artım templəri qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında elə bir mal pozisiyasını götürüb başqa ölkələrlə müqayisə etmək istədim ki, mənzərə nisbətən aydın olsun. Bu məhsullardan ilk üçlüyə daxil olanı fındıqdır.

Azərbaycanın qeyri-neft ixracatında pomidor vı qızıldan sonra 3-ci yerdə fındıq ixracatı dayanır. Ölkəmiz əsasən fındığın 34-ü İtaliya və Rusiyaya ixrac edir. 2017-ci ildə Azərbaycan fındıq ixracatından 115 mln. dollar əldə edib.

Türkiyənin isə ixracatında da öncül yerdə duran fındıqçılıq əsasən Qaradəniz bölgəsində inkişaf edib. Toplam olaraq 400 min ailəni əhatə etməklə 706 min hektar ərazidə yetişdirilir. Müqayisə üçün deyim ki, Türkiyənin illik olaraq 278 min ton fındıq ixracatı dünya fındıq ixracatının 75%-i və fındıq istehsalının isə 70%-i təşkil edir.

Fındığın dünya bazarında qiyməti yüksək olan illərdə (2014-2015) qardaş ölkə onun 1 kq 13 dollardan satırdı. Həmin illər Türkiyə fındıq ixracatından ildə 2,8 mlrd. dollar qazanırdı. Sonradan qiymətlər təxminən 2 dəfə - 6,3 dollara qədər aşağı düşdü. Hətta aşağı səviyyəli qiymət səviyyəsi ilə belə ötən il Türkiyənin fındıq ixracatından 1,73 mlrd. dollar gəlir əldə edib.

• 2015-ci ildə Türkiyənin fındıq ixracatı həmin il üçün Azərbaycanın bütövlükdə qeyri-neft ixracatından 1,9 və ya yuvarlaq olaraq 2 dəfə çox olub.

• 2017-ci ilin göstəricilərindən çıxış etsək, Türkiyənin fındıq ixracatı Azərbaycanın fındıq ixracatından 15 dəfə çox olub.

• 2017-ci ildə Türkiyənin təkcə fındıq ixracatı toplam olaraq Azərbaycanın qeyri-neft ixracından (1.538 mlrd.) böyük olub.

Dar ixtisaslaşma və iqtisadi diversifikasiyanın olmaması postneft dövrünün ən böyük qayğılarından sayılacaq.
Vaxt olanda da bu haqda da düşünün.




Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR