"Beşiktaş” “Bursaspor”la bacarmadı - Türkiyə super liqası

img

03-09-2018 [10:21]


Türkiyə Superliqasının IV turunda İstanbulun "Beşiktaş” klubu səfərdə "Bursaspor” kollektivi ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, çempionluğa əsas namizədlərdən olan "Beşiktaş” çempionatda ardıcıl ikinci dəfə xal itirib. 

Belə ki, "Bursaspor”la səfər oyunu 1:1 hesabı ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı qonaqlar açıblar. Oyunun 51-ci dəqiqəsində Oğuzhan Özyakupun ötürməsini komandanın hollandiyalı futbolçusu Rayan Babel qola çevirib. Qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahibləri Diafra Sakhonun vurduğu qolla hesabı bərabərləşdirməyə nail olublar. Matçda başqa qol olmayıb və beləliklə, İstanbul klubu son iki oyunda beşinci xalını itirib.

"Bursaspor”la matçda İstanbul təmsilçisinin "Liverpul”dan icarəyə götürdüyü almaniyalı qapıçı Loris Karius ilk dəfə yeni klubunun heyətində ilk dəfə meydana çıxıb.

Qeyd edək ki, dördüncü tur çərçivəsində bu gün keçirilmiş oyunlarda "Ankaragücü”nə 2:1 hesabı ilə qalib gələn "Kasımpaşa” turnir cədvəlində "Qalatasaray”ı qabaqlayaraq zirvəyə yüksəlib. Səfərdə "Ərzurumspor”u məğlub edən "Başakşehir" klubu isə üçüncü pilləyə yüksəlib.

Xatırladaq ki, bu tur çempionluq uğrunda yarışan komandalardan "Qalatasaray” səfərdə "Trabzonspora”a böyük hesabla məğlub olub – 0:4. "Fənərbağça” isə doğma meydanda "Kayserispor”a uduzaraq (2:3) yeni mövsümdə ardıcıl üçüncü məğlubiyyətini alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR