ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Həyatımla, canımla əlləşirəm" - Bıçaqlanan mətbuat işçisi hadisəni danışdı, Ramil Usubovdan kömək istədi - mia.az
Şriftin ölçüsü / 527 dəfə oxunub

"Həyatımla, canımla əlləşirəm" - Bıçaqlanan mətbuat işçisi hadisəni danışdı, Ramil Usubovdan kömək istədi

02 Sentyabr 2018 [19:11]
Xəbər verdiyimiz kimi, avqustun 30-da Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan  mətbuat yayımı əməkdaşı Sakit Həsənov işə gedərkən evinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb. 

Belə ki, onun maşının qabağını kəsən həmin şəxslərdən Sakit Həsənov yol vermələrini xahiş edib, Lakin bu xahişi həmin şəxslərə xoş gəlməyib. Onlar qəfil Sakit Həsənova hücüm edərək, əvvəl onu döyüblər. Bundan ürəkləri soyumayan şəxslərdən biri isə Sakit Həsənova müxtəlif nahiyələrinə 3 bıçaq zırbəsi endirib.

Ailəsi tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılaraq əməliyyat edilən  Sakit Həsənovun səhhəti hələ də ağır olaraq qalır.

Az əvvəl Mia.az-ın əməkdaşı Sakit Həsənovla danışıb.

O, bildirib ki. həmin günü işə gedərkən evlərinin yaxınlığında olan mağazaya düşüb: "Qayıdanda baxdım ki, maşının qarşında iki nəfər durub. Onlardan kənara çəkilmələrini xahiş edəndə, başıma bu vəziyyəti açdılar. Məncə, onlar içkili idilər".

Hazırda kəskin ağrılarının olduğunu deyən Sakit Həsənov bildirib ki, Səbail Polis İdarəsinin Fərid adlı müstəntiqi ondan ilkin ifadə alıb: "Ərazidə təhlükəsizlik kamerası var. Ona baxış olub. Aydın olub ki, məni vuranlardan biri elə orada dayanan 04 markalı maşından bıçaq götürərk, məni bıçaqlayıb. Deyilənə görə, meyvəsatandır. Amma hələ də həmin şəxs həbs olunmayıb. Mənə deyilən görə, həmin şəxslər qaçıb gizlənib".

Sakir Həsənov deyir ki. başına gələnlərlə bağlı Daxili işlər naziri Ramil Usubova da müraciət edəcək: "Bir balaca özümə gələn kimi, cənab Ramil Usubova da rəsmi müraciət edib, heç nədən başıma bu oyunu açanların dərhal tapılaraq, cəazalandırılmalarını xahiş edəcək. İnanın, bıçaqlanaraq yerdə qalsam da, məni həmin vaxtı təcili yardım da xəstəxanaya aparmaq istəmirdi. Deyirdilər ki, qoy polis gəlsin, sonra aparaq. Yaxşı ki, bir təhər özümü toparlayıb, həyat yoldaşıma zəng edib, "Məni vurdular, gəlin" deyə bildim. Yoxsa elə qanitirmədən orada öləcəkdim. Neçə gündür ailəm iztirab içindədir. Özümün vəziyyəti isə göz qabağındadır. Həyatımla, canımla əlləşirəm. O üzdən həmin şəxslərin dərhal tapılaraq, qanun qarşısında layiqli cəzalarının almasını istəyirəm". 

Xatırladaq ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda da mətbuat yayımı sahəsində çalışır.

Mia.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR